Ərdoğan İsrailə səfərdən İMTİNA ETDİ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər etməyəcək.
Zengezur.tv xəbər verir ki, Ərdoğan bu barədə Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışında deyib.
İsrailə səfər proqramının olduğunu deyən Ərdoğan Qəzza zolağında vəziyyətin gərginləşməsi fonunda bu səfərini təxirə saldığını bildirib.
Bundan başqa, Türkiyə prezidenti Qəzza zolağında uşaqların öldürülməsini qətiyyətlə pisləyib.
Xatırladaq ki, Türkiyə bu yaxında Qəzza sakinlərinə humanitar yardım göndərib. Humanıtar yardıma Fələstin anklavının əhalisi üçün dərman və tibbi ləvazimatlar daxildir.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.