• 16 Noyabr 2024

Kanadanın XİN rəhbəri Ermənistana gəlir

 Kanadanın XİN rəhbəri Ermənistana gəlir

Oktyabrın 25-26-da Kanadanın xarici işlər naziri Melani Coli Ermənistanda rəsmi səfərdə olacaq.

Zengezur.tv xəbər verir ki, bu barədə Ermənistan XİN açıqlayıb.

Məlumata görə, bu gün Ermənistan və Kanada xarici işlər nazirləri arasında təkbətək söhbət baş tutacaq, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək.

Kanada Xarici Siyasət Departamenti bildirib ki, səfər çərçivəsində baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçatryanla görüşlər də planlaşdırılır.