Samux Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim edilib
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Firdovsi Şahmirzə oğlu Əliyev oktyabrın 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Zengezur.tv xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
F.Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.