• 16 Noyabr 2024

“Uşaq koloniyaları”nda saxlanılanlar reabilitasiya keçmir” – Dövlət Komitəsi

 “Uşaq koloniyaları”nda saxlanılanlar reabilitasiya keçmir” – Dövlət Komitəsi

“Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə müəssisəsində olan uşaqlar reabilitasiya keçmir”.

Zengezur.tv xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin müəssisələrdə uşaqların sayı kifayət qədər azdır: “Son zamanlar qadın və uşaqlarla bağlı “koloniyalar”da da şərait yaxşılaşdırılıb. Ancaq həmin müəssisədə saxlanılan uşaqlar reabilitasiya proqramları ilə bərpa dövrünü keçməlidirlər. Lakin bu gün heç bir “koloniya”da uşaqlar reabilitasiya keçmir və nəticədə 14 yaşlı uşaqları itiririk”.