• 15 Noyabr 2024

Hərbi texnikalarımız Misirdə beynəlxalq sərgidə nümayiş etdirilir

 Hərbi texnikalarımız Misirdə beynəlxalq sərgidə nümayiş etdirilir

Azərbaycan istehsallı hərbi təyinatlı vasitələr Misirdə “EDEX 2023” beynəlxalq müdafiə sərgisində nümayiş etdirilir.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, müdafiə naziri Zakir Həsənov “EDEX 2023” beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə, eləcə də Türkiyənin “TUSAŞ”, “ROKETSAN”, “ASELSAN”, “SARSILMAZ”, “CANİK”, “BAYKAR” şirkətlərinə məxsus silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

 

Qeyd edək ki, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə “EDEX 2023” sərgisində iştirak etmək üçün Misirdə səfərdədir.