Direktor müavinlərinin işə qəbulu üzrə müsahibələrin vaxtı açıqlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə 14 dekabr 2023-cü il tarixindən start veriləcək.
Bu barədə BŞTİ-dən məlumat verilib.
Müsabiqənin test imtahanının nəticələrinə əsasən, keçid balını toplayan namizədlər bal sıralamasına uyğun olaraq müsahibələrə dəvət olunacaqlar.
Müsahibənin vaxtı haqqında məlumat öncədən namizədlərin qeydiyyatdan keçdikləri əlaqə telefonları vasitəsilə veriləcək.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və fərdi səriştələri nəzərə alınacaq.