Rusiya Ermənistana satdığı qazı bahalaşdırmayacaq
Rusiyadan Ermənistana idxal olunan qazın qiyməti 2024-cü ildə dəyişməyəcək və müvafiq olaraq istehlakçılar üçün tarif də dəyişməyəcək.
Zengezur.tv xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.
“Hazırda bizdə dəqiq məlumat var ki, qazın qiyməti 2024-cü ildə dəyişməyəcək. Və əminəm ki, buna görə də tarif dəyişməyəcək”.
Baş nazirin müavininin sözlərinə görə, “Qazprom Ermənistan” artıq Rusiyanın “Qazprom” şirkətilə 2024-cü il üçün müqavilə imzalayıb və bu müqavilədə heç bir qiymət dəyişikliyi nəzərdə tutulmayıb.
Rusiya qazının Ermənistandakı qiyməti 1000 kubmetr üçün 165 dollar təşkil edir.