• 15 Noyabr 2024

Novak Cokoviç Avstraliya Açıq çempionatında yarımfinala vəsiqə qazanıb

 Novak Cokoviç Avstraliya Açıq çempionatında yarımfinala vəsiqə qazanıb

Serbiyalı Novak Cokoviç Avstraliya Açıq çempionatında yarımfinala yüksəlib.

Zengezur.tv-nin məlumatına görə, dünyanın 1 nömrəli raketkası 1/4 finalda ABŞ-dən olan Teylor Fritsi məğlub edib – 3:1 (7:6, 4:6, 6:2, 6:3).

O, finala gedən yolda Yannik Sinner (İtaliya) – Andrey Rublyov (Rusiya) cütünün qalibi ilə görüşəcək.

Sərt kortlardakı qələbələrinin sayını 700-ə çatdıran Cokoviç bu göstəriciyə görə ikinci pilləyə yüksəlib. Mütləq rekord isveçrəli Rocer Federerə (783 qələbə) məxsusdur.

Qeyd edək ki, Avstraliya Açıq çempionatı yanvarın 28-də başa çatacaq.