• 14 Noyabr 2024

“Avropa İttifaqının “ermənidən çox erməni olmaq” siyasəti istehza doğurur” – İcma

 “Avropa İttifaqının “ermənidən çox erməni olmaq” siyasəti istehza doğurur” – İcma

Avropa İttifaqının “ermənidən çox erməni olmaq” siyasəti istehza doğurur.

Zengezur.tv xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, Avropa İttifaqının 2024-cü ildə BMT-də prioritetləri ilə bağlı qəbul etdiyi sənəddə “Qarabağ ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” ifadəsinin yer alması, Qarabağ ermənilərinin qayıdışı məsələsinin qabardılması, Qərbi azərbaycanlıların isə öz dədə-baba yurdlarına qayıdış hüququna toxunulmaması bir daha Avropa İttifaqının ikili standartların əsiri olmasını, məsələlərə etnik və dini simpatiya prizmasından yanaşmasını nümayiş etdirir.

“Qarabağ ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” narrativi artıq heç Ermənistanın özü tərəfindən belə səsləndirilmir və bu mənada, Azərbaycan-Ermənistan məsələlərinə Fransanın gözü ilə baxan Avropa İttifaqının “ermənidən çox erməni olmaq” siyasəti istehza doğurur”, – bəyanatda vurğulanıb.