• 14 Noyabr 2024

“Erməniəsilli şəxslər səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə bilərlər” – MSK sədri

 “Erməniəsilli şəxslər səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə bilərlər” – MSK sədri

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov erməniəsilli şəxslərin də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcəyini bildirib.

Zengezur.tv-nin məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, əsas olan seçicidir və onlar arasında fərq qoyulmur:

“Qadınlar, kişilər, xaricdə yaşayanlar, Azərbaycandakı vətəndaşlar da səsvermədə eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir, onların heç birinin üstünlüyü yoxdur”.