Hakan Fidan Blinkenlə Azərbaycan və Ermənistanı müzakirə etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb.
Türkiyə mətbuatına xəbər verir ki, görüş Braziliyada baş tutub.
Qeyd olunub ki, Türkiyə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanaraq Cənubi Qafqazda qalıcı sülh şəraitinin təmin olunmasına yönələn diplomatik səylərini davam etdirir. Görüşdə müzakirə olunan mövzulardan biri Azərbaycan və Ermənistan arasındakı sülh prosesi olub.
Bundan başqa, Qəzzada atəşkəsə nail olmaq, Ukraynadakı müharibə, NATO-nun genişlənməsi və digər regional və beynəlxalq məsələlər müzakirə olunub.
Növbəti təmaslar ətrafında da fikir mübadiləsi aparılıb.