Paşinyan ABŞ kəşfiyyatı rəhbərinin müavini ilə GÖRÜŞDÜ
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin müavini Devid Kohenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Zengezur.tv xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Hökumətin mətbuat xidməti də öz növbəsində bildirib ki, görüşdə Ermənistan-Amerika gündəminin məsələləri və beynəlxalq problemlər müzakirə olunub.