Husilər İsrail gəmisinə hipersəsli raketlə zərbə endirdiklərini açıqlayıblar
Yəmənin şimalında hakim “Ənsar Allah” hərəkatının silahlı qüvvələri İsrailin “MSC SARAH V” gəmisinə hücum etmək üçün ilk dəfə öz istehsalı olan hipersəs raketindən istifadə edib.
Zengezur.tv xəbər verir ki, Husilərin hərbi nümayəndəsi Yəhya Sarı bu barədə X sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, raket qabaqcıl xüsusiyyətlərə malikdir, zərbəsi dəqiqdir və uzaq məsafədə hədəfləri vurur.