Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında islahatları zəruri hesab edir
Birləşmiş Ştatlar yaxın vaxtlarda BMT Təhlükəsizlik Şurasında islahatlara dair danışıqlara başlamağı zəruri hesab edir.
APA xəbər verir ki, bunu BMT-nin mənzil-qərargahında çıxışı zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında islahatlara dair danışıqların dərhal başlamasını dəstəkləyir”, – Blinken vurğulayıb.
Dövlət katibi qeyd edib ki, Vaşinqton iki Afrika ölkəsinə, Latın Amerikası və Karib hövzəsi dövlətlərinə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusunun, habelə inkişaf etməkdə olan ada ölkələrinə qeyri-daimi üzv statusunun verilməsini zəruri hesab edir.