• 16 Noyabr 2024

Dəfn üçün müavinətlərin məbləği açıqlanıb

 Dəfn üçün müavinətlərin məbləği açıqlanıb

Dəfn üçün müavinətin məbləği pensiyaçı şəxslər üçün 840 manat, pensiyaçı olmayanlar üçün 500 manatdır. Bu da sosial sığorta prinsiplərindən irəli gələrək müəyyən edilmiş məsələdir. Bu rəqəmlər 8 dəfəyə qədər artırılıb.

Zengezur.tv-nin məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Nazir bildirib ki, dəfn üçün müavinətin ödənilməsi bir sənəd tələb olunur.

“Bu, dəfnin həyata keçirilməsinə dair həmin şəxsin arayışıdır. Bir çox hallarda vəfat edən şəxsin varisləri bir neçə nəfər olur. Onların arasında mübahisə yarana bilər ki, bu vəsait kimə ödənilməlidir. Ona görə də müvafiq icra hakimiyyəti orqanının arayışı tələb olunur ki, dəfni varislərdən kim həyata keçirib və vəsait də ona ödənilir.

Bu məbləğ mərhələlərlə artırılacaq. Həm uşağın anadan olmasına görə, həm də dəfnə görə müavinətlərdə son 4 il ərzində 5 dəfəyə yaxın artırılıb. Bu tendensiya davam etdiriləcək. Hər sosial islahat paketində bu məsələyə bir daha baxılacaq”, – deyə o əlavə edib.