Bakıda marşrutların sayı yarıya qədər AZALDILACAQ
“Bakıda 22 avtobus zolağı var. Lakin hamısının təkmilləşməsinə ehtiyac var”.
Zengezur.tv xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı deyib.
O bildirib ki, bu gün Bakıda 180-ə yaxın marşrutu xətti var:
“Bütün bunlar təhlil edilib. Təhlillərin nəticəsi göstərir ki, onların yarısı yenilənməlidir. Bu, sərnişinlərə çətinlik yaratmayacaq. Sadəcə əhalinin rahatlığı üçün marşrutu xətlərinin təkmilləşməsi və marşrutların yarıya qədər azaldılması planlaşdırılır”.
“Avtobuslarla bağlı məsələdə maliyyələşmə mexanizminin qurulması planlaşdırılır.
Məqsəd əhaliyə yüksək səviyyədə xidmət göstərməkdir. Biz operatorların da xidmətini başa düşürük. Müasir avtobuslar və onların qiymətləri barədə də müzakirələr gedir. Burada da ən qabaqcıl praktikalardan istifadə edilir. Yəqin ki, növbəti ildən müasir növ avtobusların gətirilməsi həyata keçirilə bilər”, – deyə nazir müavini qeyd edib.