AZAL Kişineuya bilet satışına başlayır
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Moldovanın paytaxtı Kişineu şəhərinə biletlərin satışına başlayıb.
AZAL-dan bildirilib ki, bu istiqamətdə uçuşlar sentyabrın 15-dən həftədə iki dəfə – bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.
Əlverişli uçuş cədvəli sayəsində sərnişinlər səyahətləri üçün ən yaxşı vaxtı seçə biləcəklər.
Kişineuya reyslərə biletləri “Azərbaycan Hava Yolları”nın internet saytında – www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
Qeyd edək ki, Moldovanın paytaxtı zəngin tarixi, mədəni irsi və gözəl memarlığı ilə tanınır.