Paşinyan Azərbaycanla sərhədə gəldi
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvan-Qafan reysi ilə Zəngəzura gedib.
Zengezur.tv xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
O, ərazi-idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla birlikdə Qafan hava limanını gəzib.
Daha əvvəl Qafan meri bildirmişdi ki, hazırda Qafan-İrəvan daxili reyslərin açılması istiqamətində iş gedir və sınaq texniki uçuşları artıq həyata keçirilib.