• 19 Noyabr 2024

İranda saxlanılan azərbaycanlı tələbə barədə QƏRAR VERİLDİ

 İranda saxlanılan azərbaycanlı tələbə barədə QƏRAR VERİLDİ

İranda casusluq ittihamı ilə saxlanılan azərbaycanlı tələbə Fərid Səfərlinin məkməsi keçirilib.

Zengezur.tv xəbər verir ki, bu barədə Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib.

Tələbənin anası qeyd edib ki, oğlu ilə dünən telefonla danışıb. O bildirib ki, məhkəmə Fərid haqqında 2 il həbs qərarı çıxarıb. Hakim azərbaycanlı tələbəyə son söz verməyib.

“Fərid artıq qərarı məktub şəklində alıb. Fərid qərarla barışmır, heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmir”, – Dilarə Əsgərova vurğulayıb.

Qeyd edək ki,  Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.