Moskvada yeraltı kollektorda ölən 8 nəfərin meyiti sudan çıxarılıb
Rusiya paytaxtında yeraltı kollektorda ölən 8 nəfərin meyiti Moskva çayından çıxarılıb.
Bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, kollektorda ekskursiyada cəmi 8 nəfər iştirak edib, hamısının meyiti tapıldığı üçün axtarış işlər yekunlaşdırılıb.
Qeyd edək ki, Moskvada “Neqlinka” yeraltı kollektorlarına qanunsuz tur təşkil edən “Sputnik” şirkətinin rəhbəri Aleksandr Kim Sankt-Peterburqda saxlanılıb.
Xatırladaq ki, Moskva şəhərinin altındakı su-kanal sistemində ekskursiya zamanı 8 nəfər itkin düşüb.
Ehtimal olunurdu ki, onları Moskvada güclü leysan zamanı su axını aparıb, çünki leysandan sonra qrupla əlaqə kəsilib və itkin düşənlərin yaxınları polisə müraciət edib.