Əhaliyə sosial ödənişlərin həcmi açıqlandı
2023-cü ilin 7 ayı ərzində sosial ödənişlər üzrə əhaliyə 4 milyard 614 milyon manat ödənilib.
Zengezur.tv xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 792 milyon manat və ya 20,7% çox olmaqla, 4 milyard 614 milyon manat ödənilib.