Ukraynanın kəşfiyyatı Krıma daxil olub
Ukrayna kəşfiyyat bölmələri işğaldakı Krımda əməliyyat həyata keçirib.
Zengezur.tv Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andrey Yusov məlumat verib.
“Əməliyyat çərçivəsində şəxsi heyət yarımadanın ərazisinə endirilib. Şəxsi heyət arasında itki yoxdur və əməliyyat davam edir. Biz bütün təfərrüatları açıqlamırıq, düşmənin şəxsi heyəti, eləcə də qüvvə və vasitələri arasında itkilər var. İtkilərin sayı barədə məlumat dəqiqləşdirilir”, – Yusov əlavə edib.
Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub.