• 17 Noyabr 2024

Magistraturanın boş qalan plan yerlərinə əlavə yerləşdirməyə start verildi

 Magistraturanın boş qalan plan yerlərinə əlavə yerləşdirməyə start verildi

Avqustun 28-i saat 11:00-da ali təhsil pilləsinin magistratura səviyyəsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start verilib.

Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciətçilər //portal.edu.az/ vasitəsilə qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat sentyabrın 4-ü saat 18:00-da yekunlaşacaq.