• 17 Noyabr 2024

Bakı metrosunun ilk xanım maşinisti vəzifəsindən azad edildi

 Bakı metrosunun ilk xanım maşinisti vəzifəsindən azad edildi

“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maşinist təlimat qaydalarını pozub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  faktı təsdiqləyərək maşinistin təlimat qaydalarına uyğun vəzifə tələblərinə əməl etmədiyinə görə vəzifəsindən azad olunduğunu bildirib.

“Günay xanıma metroda başqa iş təklif ediib. Lakin o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutub”, – deyə B.Məmmədli qeyd edib.