ABŞ Azərbaycana 81 minaaxtaran it verib
ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” (MLI) daha 5 minaaxtaran iti Azərbaycana göndərib.
Zengezur.tv xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi öz “X” (tvitter) sosial şəbəkə hesabında yazıb.
“Bu yeni çatdırılma xüsusi əhəmiyyət kəsb edir, çünki o, MLI-nin minalardan zərər çəkmiş ölkələrə bağışladığı 300-cü it itidir, onlardan 81-i Azərbaycana göndərilib. Burada kritik işlərinə başlayacaq olan , Boka, Bianka, Flex, Lex, Stela və Tiger Pride II-ni salamlayırıq!”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, daha öncə də ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” (MLI) 5 minaaxtaran iti Azərbaycana göndərib.