AZAL və “YAŞAT” Fondu arasında əməkdaşlıq sənədi imzalanıb
Bu gün Azərbaycanın milli aviadaşıyıcısı AZAL və “ASAN xidmət”in “YAŞAT” Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Sənədi AZAL QSC-nin birinci vitse-prezidenti Samir Rzayev və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov imzalayıblar.
Sözügedən əməkdaşlıq fond tərəfindən reallaşdırılan sosial layihələr üçün “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən dəstək tədbirlərini nəzərdə tutur.
Qeyd olunan əməkdaşlıq sosial məsuliyyət çərçivəsində AZAL və “YAŞAT” Fondu tərəfindən müvafiq kateqoriyadan olan şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına real töhfələr verəcək.