ABŞ Kiyevə yenə kasetli sursatlar verəcək
ABŞ yaxın vaxtlarda Kiyevə kasetli sursatların yeni partiyasını tədarük etmək niyyətindədir.
Zəngəzur.tv xəbər verir ki, bu barədə “New York Times” yazıb.
Nəşr qeyd edib ki, bir sıra bölmələr daha çox ağır artilleriyaya güvəndiyi üçün Kiyevin sursata “doyumsuz tələbatının” artacağı gözlənilir.
Qeyd edək ki, bu növ sursatın tədarükü və istifadəsi bir sıra etik müzakirələrə yol açıb.