• 15 Noyabr 2024

Gənclər və İdman Nazirliyi – Laçında “Sağlam həyat günləri” keçirələcək

 Gənclər və İdman Nazirliyi – Laçında “Sağlam həyat günləri” keçirələcək

Laçında “Sağlam həyat günləri” keçirələcək.

Zengezur.tv xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi bildirib.

Nazirlik sağlam həyatın təbliği, idmana olan marağın və əhali arasında kütləviliyin daha da artırılması məqsədilə 12-13 sentyabr tarixlərində Laçın şəhərində “İdman hamı üçün” layihəsi çərçivəsində “Sağlam həyat günləri” adlı kütləvi idman tədbiri təşkil edəcək.

Qeyd edilir ki, Gənclər və İdman Nazirliyi bir daha əhalini yalnız idman günlərində deyil, bütün ilboyu idmanla məşğul olmağa və öz sağlamlığını qorumağa dəvət edir.