Avropa İttifaqı Rusiyanın almaz sənayesinə sanksiya tətbiq edəcək
Avropa İttifaqı Rusiyanın almaz sənayesinə sanksiya tətbiq etmək məsələsi üzərində intensiv işləyir.
Zengezur.tv xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Hindistanın paytaxtı Yeni Dehlidə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ittifaqa üzv olan bəzi ölkələr tətbiq edilən anti-Rusiya məhdudiyyətlərindən yan keçməyə çalışırlar.
Qeyd edək ki, sentyabrın 9-da Yeni Dehlidə “G20”liyin zirvə toplantısı keçiriləcək. Ş.Mişel toplantıda iştirak edəcək.