• 17 Noyabr 2024

Binəli Yıldırım – Zəngəzur dəhlizinin açılması hamının marağındadır

 Binəli Yıldırım – Zəngəzur dəhlizinin açılması hamının marağındadır

“Azərbaycanla Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi açıldıqdan sonra bu dəhlizin səmərəliliyi daha da artacaq”.

Zengezur.tv xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında çıxış edən təşkilatın Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.

“Dəhliz tarixi ticarət yolu olmaqla yanaşı, həm də iqtisadi baxımından digər ticarət yollarından daha tez və sərfəlidir. Türk Dövlətləri Təşkilatının üzv ölkələri bu dəhlizin üzərində yerləşir. Ona görə də Zəngəzur dəhlizinin tezliklə açılması hamının marağındadır”, – deyə B.Yıldırım bildirib.

Qeyd edək ki, İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilir.