Yaponiya hökuməti istefa verdi
Yaponiyada hökumət istefa verib.
Zengezur.tv TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Fumio Kisidanın dəftərxanası məlumat yayıb.
Kabinetin 19 üzvündən 11-i dəyişdiriləcək. O cümlədən, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə yeni rəhbərlər təyin olunacaq. Bundan əlavə, hökumətdə beş qadının olacağı gözlənilir ki, bu da Yaponiya tarixində ən böyük rəqəm olacaq.
Yanvarda Yaponiya hakimiyyəti ölkənin inkişaf strategiyasını təsdiqləyib. Kişida Ukraynadakı münaqişəni və Çin və KXDR-in Asiyada yaratdığı təhlükəsizlik təhdidlərini əsas çağırışlar adlandıraraq, müdafiəyə rekord xərclərə haqq qazandırıb.