Türkiyə Zəngəzur dəhlizinin ən qısa zamanda reallaşması üçün Azərbaycanla sıx əməkdaşlıq edir – Nazir
Zəngəzur dəhlizinin aktuallaşması ilə yeni fürsətlər yaranıb.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türk Dövlətləri Təşkilatının Multimodal Nəqliyyat və Logistika Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu dəhlizin reallaşması Cənubi Qafqazda sülhə töhfə verəcək:
“Zəngəzur dəhlizi bütün türk dünyasını bir-birinə bağlayacaq önəmli addım olacaq. Biz onun ən qısa zamanda reallaşması üçün Azərbaycanla sıx əməkdaşlıq edirik”.