Türkiyə MN – Ermənistan sülh danışıqlarına diqqət etməlidir
Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir.
Zengezur.tv-nin TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.
“Ermənistan Azərbaycanla sərhəddə təkcə atəşkəsi pozmur, həm də səngərlər qazır, istehkamlar tikir. Ermənistan törətdiyi təxribatları bir kənara qoyub sülh danışıqlarına və əməkdaşlığa diqqət etməlidir.
Regional sülh və sabitliyə aparan yol hərtərəfli sülh sazişinin imzalanmasından keçir”, – deyə nazirlikdən bildirilib.