Geomaqnit qasırğası başlayıb
Sabah güclü geomaqnit qasırğası olacaq.
Bu barədə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, sentyabrın 19-da qasırğanın G3 (güclü) səviyyəsinə kimi yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsinin sentyabrın 20-də sakitləşəcəyi gözlənilir.
Sentyabrın 23-də yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.