Batabatda və Ordubadda Tematik parklar yaradılacaq
Naxçıvan Muxtar Respublikasında – Batabat gölünün yaxınlığında və Ordubadda 2023-2024-cü illərdə Tematik parkların yaradılması nəzərdə tutulur.
Zengezur.tv xəbər verir ki, bu barədə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında qeyd olunub.
Tədbirlər planına əsasən, Ordubad Tematik Parkının yaradılmasının layihələndirilməsi, Ağbulaq massivində qiymətləndirmə işlərinin aparılması, yay-qış turizm kompleksinin yaradılması imkanının araşdırılması, Naxçıvan Muxtar Respublikasının Turizm Atlasının hazırlanması, Batabat Astrofizika Rəsədxanası üçün tematik turistik mərkəzin tikintisi, dağ cığırları əsasında piyada marşrutlarının yaradılması, Naxçıvan Muxtar Respublikasına xarici tur operatorlarının səfərinin təşkili nəzərdə tutulur.