Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirləri legitimdir, hüquqidir və ədalətlidir
İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək bildirirdi ki, Ermənistan qoşunlarının Azərbaycan ərazisində qalması qanunsuzdur və bu hallara son qoyulmalıdır. Azərbaycan bütün atılan addımlara görə həm məsuliyyət daşıyır, həm qürur hissi keçirir, həm də beynəlxalq hüquqdan irəli gələn suveren hüquqlarını həyata keçirir.
Prezident İlham Əliyevin təbirincə desək: “Bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisidə rahat nəfəs ala bilər. Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadsəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları , Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi . Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək”.
Hər zaman olduğu kimi yenə də Prezident İlham Əliyev Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə bütün hüquq və imtiyazlardan digər Azərbaycan vətəndaşları kimi istifadə edəcəklərini bildirdi. Bütün haqsızlıqlara , kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini , başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edəcəyik.
Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuş regionumuza artıq sülh gəlməlidir. Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar.
Azərbaycan azad cəmiyyətdir, çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Biz bütün multikultural dəyərlərə hörmətlə yanaşırıq və hər zaman sadiqlik nümayiş etdiririk. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı seçkilik olmayıb və olmayacaqdır. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri İkinci Qarabağ müharibəsi zamanı bir yumruq kimi birləşdi-Azərbaycan uğrunda, ləyaqət uğrunda , Vətən uğrunda…
İşğaldan azad edilmiş bütün ərazilər inkişaf etdiriləcəkdir. Azərbaycan müxtəlif sosial proqramları icra etməyə hazırdır. Dövlətimiz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. Eyni şəraiti biz Xankəndidə , Ağdərədə , Xocavənddə, Əsgəranda və kəndlərimizdə yaradacağıq. Buna heç kəsin şübhəsi olmasın. Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, Prezident İlham Əliyevin dəmir yumuruğu yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktə və ultimatumla danışa bilməz! Onuda unutmasınlar ki, Qarabağ Azərbaycandır!
Tanrı Azərbaycanı qorusun!
Mürvət İbrahimov,
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi