Robert Köçəryanın oğlu həbs olundu
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan 1 ay müddətinə həbs edilib.
Zengezur.tv xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Koçubavev özünün sosial şəbəkə hesabında məlumat verib.
Qeyd edək ki, Levon Koçaryan hazırki Ermənistan hakimiyyətinə qarşı etiraz aksiyasında saxlanılıb. Sosial şəbəkədə yayılan görüntülərdə onun polis əməkdaşları tərəfindən döyüldüyünü əks etdirən kadrlar yayılmışdı. Lakin daha sonradan məlum olub ki, Levon dörd polis əməkdaşını döyüb.
Xatırladaq ki, İrəvanda Paşinyan hökumətindən narazı vətəndaşlar etiraz aksiyası keçirir. Onlar baş nazir Nikol Paşinyan və komandası istefaya gedənədək etirazları davam etdirəcəklərini bildiriblər.