• 17 Noyabr 2024

Azərbaycan karateçiləri Marseldə beş medal qazandılar

 Azərbaycan karateçiləri Marseldə beş medal qazandılar

Azərbaycan karateçiləri Fransanın Marsel şəhərində keçirilən “Marsel Open” turnirində beş medal qazanıblar.

Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, yığma üzvləri iki qızıl, bir gümüş, iki bürünc mükafata yiyələniblər.

Asiman Qurbanlı (+84 kq) böyüklər, Əzim Rahib (+76 kq) gənclər arasında turnirin qalibi olublar.

Böyüklərdə Turqut Həsənov (84 kq) və Mədinə Sadiqova (55 kq) bürünc, gənclərdə isə Rəşid Süleymanov (76 kq) gümüş medal qazanıblar.