Prezidentlərin Naxçıvan görüşü Azərbaycan Türkiyə strateji tərəfdaşlığına yeni töhvə vermiş oldu
Cari ilin 25 sentyabr tarixində Prezident cənab İlham Əliyevin dəvəti ilə qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayib Ərdoğan Azərbaycana- Naxçıvan şəhərinə rəsmi səfərə gəlmişdir. Səfər çərçivəsində prezidentlər geniş tərkibdə görüş keçirmiş, ölkələrimizin maraqları istiqamətində bir sıra sənədlər imzalanmışdır.
Hər zaman Azərbaycanın yanında olan, öz sözü və əməli ilə bütün Azərbaycan xalıqının dərin hörmət və rəğbətini qazanmış Prezident Rəcəb Tayib Ərdoğanın fəaliyyəti, Prezident İlham Əliyev tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Bu qardaşlıq münasibətləri “Bir millət iki dövlət” olmağımızın növbəti təzahürüdür.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatların verilməsi Türkiyyənin növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ savaşı zamanı Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır “ kimi bəyanatın verilməsi bir çoxlarına ciddi mesaj oldu. Şuşa şəhərində imzalanmış müttəfiqlik bəyənnaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək səviyyədədir və bütün parametrlər üzrə münasibətlərimizin çox fəal dövrünü yaşayırıq.
Strateji əhəmiyyət kəsb edən layihələr çərçivəsində Tanap layihəsi, İğdır-Naxçıvan qaz xətti və Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolu tarixi hadisələrdir. Bu layihələr Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir. BakıTbilisi-Qars yolunun potensialı 1 milyon tondan 5 milyon tona qədər artırılacaq . Azərbaycanı Naxçıvana və Türkiyəyə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində tikinti işləri gələn ilin sonunda başa çatmalıdır. Bütün istiqamələr üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır. Bizim ticarət dövriyyəmiz 2022- ci il üçün 6 milyard dollardan çox olmuşdur. Ancaq bu ilin yeddi ayında 40 faiz daha da artmışdır və daha da artacaq. Preferensial ticarət anlaşması da imzalanmışdır və o siyahıda olan məhsulların sayı da artır.
Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz tellər üzərində qurulduğunu bəyan edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmişə yüksək kürsülərdə belə Azərbaycanın haqq mövqeyini müdafiə etmiş və demişdir:”Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı- bərabəri olmayan müstəsna səviyyədədir. Bir millət, iki dövlət şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər. Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Ermənistandan ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik”.
Azərbaycan və Türkiyə qardaşlığı bütün dünyaya bir örnəkdir. Bu təməl qardaşlıq bağları hələ ulu öndər Heydər Əliyev zamanında qoyulmuşdur. Ulu öndərin “Biz bir millət, iki dövlət” şüarı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlıq səviyyəsində hər zaman bir yerdədir və harada olmağımızdan asılı olmayaraq istər reginda, istərsədə digər beynəlxalq tədbirlərdə Türkiyə iştirak etməsə belə onun hüquqları Prezident İlham Əliyev və hökümət üzvüləri tərəfindən canfəşanlıqla müdafiə olunur.
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!
Mürvət İbrahimov,
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi