Ermənistanın keçmiş ombudsmanı Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olundu
Ermənistanın keçmiş ombudsmanı Kristine Qriqoryan baş nazir Nikol Paşinyanın sərəncamı ilə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunub.
Zengezur.tv xəbər verir ki, müvafiq sənəd Ermənistan hökumətinin saytında dərc olunub.
“Xarici kəşfiyyat fəaliyyəti və Xarici Kəşfiyyat Xidməti haqqında” qanunun 19-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Kristine Qriqoryan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilsin”, – sərəncamda qeyd olunub.
Xarici Kəşfiyyat Xidməti kəşfiyyat və terrorizmlə mübarizə ilə məşğul olmaqla, birbaşa hökumət başçısının tabeliyində olacaq.