İran və Rusiya prezidentləri Qafqaz məsələlərini müzakirə etdi
Bu gün (16 oktyabr) İran və Rusiya prezidentləri Qafqaz məsələlərini müzakirə ediblər.
Bunu İranın vitse-prezidenti Məhəmməd Cəmşidi özünün “X” sosial şəbəkə səhifəsində yazıb.
M.Cəmşidinin sözlərinə görə, İran prezidenti İbrahim Rəisi və Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon söhbətində Qafqaz məsələlərinə yer ayrılıb.
Cəmşidi əlavə edib ki, prezidentlərin söhbətində İsrail-Fələsin münaqişəsi müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan 19-20 sentyabrda Qarabağda antiterror tədbirləri keçirib. Nəticədə Azərbaycan öz ərazisinə suverenliyi tam şəkildə bərpa edib.
Ötən gün isə Azərbaycanın Müzəffər Ali Baş Komandanı tərəfindən Xankəndi daxil olmaqla Ağdərə, Əsgəran, Xocalı, Xocavənd şəhərində Azərbaycan bayrağı ucaldılıb.