• 15 Noyabr 2024

Slovakiya Ukraynaya silah yardımını dayandıracaq

 Slovakiya Ukraynaya silah yardımını dayandıracaq

Official visit of Slovak Prime Minister to the European Parliament in Strasbourg.

Slovakiya Ukraynaya silah yardımını dayandıracaq.

 Zengezur.tv xəbər verir ki, bu barədə Slovakiyanın yeni seçilən Baş naziri Robert Fiko parlamentarilərlə görüşündə deyib.

“Ukraynaya silah yardımı başa çatsa da, Slovakiya qonşu ölkəyə humanitar yardım çatdırmağa davam edəcək.

Biz Ukraynaya humanitar və mülki yardımı dəstəkləyirik – bu, mənim kabinetimin rəsmi siyasəti olacaq. Biz Ukraynanı heç bir silahla təmin etməyəcəyik”, – Baş nazir bildirib.

Slovakiya Baş naziri qeyd edib ki, onun ölkəsi Ukraynada tezliklə sülhün bərqərar olmasının tərəfdarıdır, lakin Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi plan real deyil, Rusiya və ABŞ bu məsələdə razılığa gəlməlidir: “Mən hərbi əməliyyatların dayandırılmasının tərəfdarıyam və planın nə olduğu məni maraqlandırmır. Onların nə ilə razılaşacağı ruslar və amerikalıların məsələsidir. Bilirsiniz ki, ukraynalılar burada heç bir rol oynamır – ruslar və amerikalılar nə ilə razılaşacaqlar, məsələ budur. Zelenskinin heç bir planını dəstəkləmirəm, çünki irəli sürülən şərtlər baxımından bunlar tamamilə real deyil”.

Baş nazir Fiko bildirib ki, Avropa İttifaqı da öz rolunu Ukraynaya silah tədarükçüsündən sülhməramlıya dəyişməlidir.