• 20 May 2024

BAKIDA DƏHŞƏT – Bacısını bir yumruqla öldürdü

 BAKIDA DƏHŞƏT – Bacısını bir yumruqla öldürdü

Avqustun 2-də saat 13 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində evlərin birində 58 yaşlı Əfəndiyeva Məlahət Vaqif qızının yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun qardaşı, 56 yaşlı Əfəndiyev Azər Vaqif oğlu polisə gələrək təslim olub. O, saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.