• 20 May 2024

Buraxılış fənləri üzrə monitorinq aparılıb

 Buraxılış fənləri üzrə monitorinq aparılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən III, VI, VII, VIII siniflərdə bir dəfə və IX siniflərdə isə dörd dəfə olmaqla buraxılış fənləri üzrə monitorinqlər aparılıb.

 

Bu barədə İdarədən məlumat verilib.

 

Qeyd edilib ki, monitorinq nəticələri təhsil müəssisələrinə həm bal, həm də məzmun təhlili olaraq təqdim olunub.

 

Buraxılış fənləri üzrə keçirilən monitorinqlərin əsas məqsədi proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.