• 08 May 2024

Aygün Bəylər dəfn edildi

 Aygün Bəylər dəfn edildi

Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi keçirilib.

 

Zengezur.tv xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri və sənət adamları iştirak ediblər.

 

Əməkdar artist Suraxanı kənd qəbiristanlığında dəfn olunacaq.

 

Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Türkiyədə xəstəxanada vəfat edib.