• 20 May 2024

Azərbaycanda pensiya alanların sayı AÇIQLANIB

 Azərbaycanda pensiya alanların sayı AÇIQLANIB

2024-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1099 min nəfərə yaxınlaşaraq ölkə əhalisinin 10,8 faizini təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, həmin dövrə 443,8 min nəfər aylıq sosial müavinət, 395,2 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb.

2023-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 169,6 min nəfərdir.

 

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün beş il müddətinə birdəfəlik müavinət təsis edilib, 2023-cü il yanvarın 1-dən onun məbləği 600 manat müəyyən olunub.