• 19 May 2024

Qəbul imtahanlarının cədvəli yaxın vaxtlarda açıqlanacaq

 Qəbul imtahanlarının cədvəli yaxın vaxtlarda açıqlanacaq

Ali təhsil müəssisələrinə qəbul imtahanlarinin tarixləri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Zengezur.tv xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib.

 

O bildirib ki, bunun üçün müxtəlif dövlət qurumları ilə müzakirələr aparılır, ölkədə keçirilən mühüm tədbirlər, hava şəraiti və digər məsələlər nəzərə alınır.