Hərbi həkimin evindən bir milyon dollar çıxdı
Kiyev polisi Çerniqov Hərbi Həkim Komissiyasının keçmiş rəhbərinin evində axtarışlar zamanı təxminən 1 milyon dollar tapıb.
Bu barədə Ukraynanın “Pablik” telekanalı məlumat yayıb.
“Axtarışlar cinayət işlərindən birinin istintaqı çərçivəsində Kiyevdə keçmiş məmurun mənzilində aparılıb. İşdə iştirak edən şəxsin adı açıqlanmır”, – məlumatda deyilir.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin üç keçmiş məmuru 25 milyon dolları mənimsəməkdə ittiham olunub.