• 08 May 2024

İlin ilk Ay tutulması başlayıb – görə bilməsək də

 İlin ilk Ay tutulması başlayıb – görə bilməsək də
Təəssüf ki, bu təbiət hadisəsi Azərbaycandan müşahidə olunmur, çünki Ay həmin vaxt üfüqün altında olur.
Bu ilin ilk Ay tutulması başlayıb. Zengezur.tv xəbər verir ki, Bakı vaxtı ilə saat 08:53-də başlayan tutulma hadisəsi saat 13:32-də sona çatacaq. Bu, yarımkölgəli Ay tutulmasıdır.
Tutulmanın maksimumu saat 11:13-də olacaq. Tutulma hadisəsi Amerika, Antarktida qitələrində, Alyaska və Rusiyanın şimal-şərqi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdə görünür.
Tutulma Azərbaycandan müşahidə olunmur, çünki Ay həmin vaxt üfüqün altında olur.
Yarımkölgəli Ay tutulmasını adi gözlə görmək çətin olur. Belə ki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.