• 20 May 2024

Xocalı soyqırımı qurbanlarından 7 nəfərin nəşinin qalıqları Xocalı Şəhidlər xiyabanında dəfn edilib

 Xocalı soyqırımı qurbanlarından 7 nəfərin nəşinin qalıqları Xocalı Şəhidlər xiyabanında dəfn edilib
Xocalı soyqırımı qurbanlarından olan 7 nəfərin nəşinin qalıqları dəfn edilib.

Zengezur.tv xəbər verir ki, Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin nəşinin qalıqları Xocalı Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində rəsmi şəxslər, QHT-lər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.